Turanbankın departament|| direktoru vəzifəsini tərk edib

Turanbank Açıq Səhmdar Cəmiyyətində (ASC) kadr dəyişikliyi baş verib. Asif Abbasov Bank təhlükəsizliyi departamentinin direktoru vəzifəsini tərk edib.

Bu barədə bankın rəsmi saytında məlumat verilib.

2015-ci ilin 31 dekabr vəziyyətinə görə, Turanbankın aktivləri 2014-cü illə müqayisədə 63 faiz artaraq 536,2 milyon manat təşkil edir.

Bankın nizamnamə kapitalı 50 milyon manat təşkil edib, 2014-cü illə müqayisədə 6,4 faiz artaraq bankın məcmu kapitalı 53,2 milyon manata çatıb.

Mənbə: Trend

Share