SOCAR nizamnamə kapitalının artırılması üçün dövlət büdcəsindən subsidiya alacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu il nizamnamə kapitalının artırılması üçün dövlət büdcəsindən 963,2 milyon manat subsidiya alacaq.

Bu haqda  Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

 Onun sözlərinə görə, bu məbləğdən 663,2 milyon manatı “Ümid”, “Qarabağ” və “Babək” neft yataqlarında qazma işləri üçün istifadə olunacaq.

SOCAR əlavə 300 milyon manatı “Azərenerji” ASC-yə ucuz qiymətə satılması üçün təbii qaz idxalı məqsədilə alacaq.

Share