Məmməd-Quliyev Azərbaycan Aİ ilə || arasında yeni tərəfdaşlıq sənədinin hazırlanmasından danışdı

Azərbaycan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sənədinin hazırlanması ilə bağlı danışıqlar aparır.

Trend-in məlumatına görə, bunu Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiyasında GEANT multigiqabit şəbəkəsinin roluna həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

O bildirib ki, Azərbaycanla Avropanın əməkdaşlığı müsbət səviyyədə davam edir:

“Söhbət strateji vacib sənəddən gedir. Bu, üç hissədən ibarətdir: siyasət və təhlükəsizlik, ticarət və investisiyalar, üçüncüsü, sektoral istiqamət. Bu, öz növbəsində, energetika, iqtisadiyyat, nəqliyyat, elm və digər sahələri əhatə edir”.

Share