Naz – Lifan Direktoru Musa Abdullayevlə Müsahibə

“Banking Baku” olaraq,  milli brendimiz olan  Naz-Lifan Avtomobil Zavodunun direktoru Musa Abdullayevlə zavodun tarixi və gələcək planları haqqında ətraflı danışdıq.

BB: Naz- Lifan avtomobil zavodunun Naxçıvanda açılması ideası necə yarandı?

Yadımdadır 2005-ci ildə o vaxt Gəncə avtomobil zavodunun direktoru (indi deputat) Xanlar Fətiyev blokada şəraitində yaşayan Muxtar Respublikaya kömək məqsədi ilə və insanların məşğulluğunun təmin olunması üçün Naxçıvan şəhərində zavodun nümayəndəliyinin açılması haqqında qərar qəbul etdi. 2006-cı ilin iyun ayının 12-də nümayəndəliyin açılışı zamanı Naxçıvan MR Ali məclisinin sədri cənabVasif Talıbov  “Avtomobil istehaslı burada həyata keçirilsəydi daha yaxşı olardı” deyərək sanki avtomobil zavodunun təməlini qoydu. Xanlar müəllim avtomobil zavodunun tikintisi ilə bağlı qərar qəbul etdi və 2010-cu ilin yanvar ayının 11-də zavodun açılışı oldu.

BB: Musa müəllim, hazırda Naz-Lifan avtomobillərinə ölkəmizdə təlabat necədir?lifan

LİFAN markalı avtomobillərin Naxçıvanda istehsalı uzun müddət aparılan marketinq araşdırmalarından sonra müəyyən edilmişdir. Araşdırmalar göstərdi ki, məhz bu avtomobillər qiymət və istismar baxımından daha əlverişlidir.
Bildiyiniz kimi Azərbaycanın avtomobil bazarına girmək çox çətin və uzun prossesdir. Ötən altı il ərzində məqsədimiz məhz bu idi. Bir milyon kilometr və artıq yürüş edən avtomobillərdə heç bir ciddi problem aşkar edilməmiş və istər texniki, istərsə də istirsmar göstəricilərinə görə NAZLİFAN avtomobilləri öz sinfinə aid olan avropa avtomobillərindən geri qalmır. Bu gün tam məsuliyyətimlə deyə bilərəm ki, istehsal etdiyimiz avtomobillər bazarlara daxil olmuş və layiq olduğu yeri tutmuşdur. Təbii ki, avtomobillərimizə olan tələbat günü-gündən artmaqdadır.

BB: Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikası Regionlarının 2014-2018 ci illərdə sosial – iqtisadi İnkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında məmurlara, dövlət idarələrinə və işadamlarına Naz – Lifan avtomobilləri almağı tövsiyyə etmişdir. Hal-hazırda bu sahədə vəziyyət necədi sifarişləriniz artmışdırmı?

Milli valyutamızın bizdən asılı olmayan səbəblərdən devalvasiyaya düçar olması bütün sahələr kimi zavodumuzdan da təsirsiz keçməmişdir. Ancaq cənab Prezidentimizin məlum çıxışı müəssisəmizə sanki ikinci can vermişdir. Bu çıxışdan sonra birdən-birə həm avtomobillərin satışında, həm də sifarişlərdə xeyli irəliləyiş qeydə alınmışdır. Buna misal olaraq NAZ-LİFAN avtomobillərini almış və sifariş etmiş aşağıdakı şirkətləri göstərə bilərik:
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi, AZNUR MMC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, BakuBus MMC, “Azərenerjikomplektləşdirmə” MMC, SOCAR Polymer MMC,“Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi” MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, A. R. Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının Katibliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi,Heydər Əliyev Fondu və s.

BB: Markanızın Premium Klass modellərinin istehsalı hansı vəziyyətdədir?

Bu avtomobillər qabarit ölçülərinə görə istehsal etdiyimiz avtomobillərdən kəskin fərqləndiyi üçün yığım xətti yenidən qurulmuş, alət, tərtibat və açar dəstləri alınmış, yeni avtomobilin mənimsənilməsi üçün kadrlarımız treninqlərdə iştirak etmiş və istehsalat hazırlığı işləri tam şəkildə başa çatdırılmışdır. May ayının 28-30 tarixlərində istehsala başlamaq nəzərdə tutulub. 4-10 iyun tarixlərində isə bu avtomobillər alıcılara təklif olunacaqdır.

BB: Gələcəkdə Naz-Lifan avtomobillərinin müəyyən hissələrinin Azərbaycanda istehsalını planlaşdırırsınızmı?Bu həm yeni iş yerlərinin açılmasına şərait yaradar, həm də ölkədən valyuta axınının müəyyən qədər qarşısını alar

Bir avtomobilin digərlərindən üstünlüyünü şərtləndirən çoxlu səbəblərdən biri də avtomobilin qiyməti və ehtiyat hissələrinin asanlıqla tapılmasıdır. Qaldırdığınız bu məsələ çox aktualdır. Cari ilin fevral ayında Naxçıvan MR, Ali məclisinin sədri sahibkarlarla keçirdiyi ənənəvi görüşündə istehsal etdiyimiz avtomobillərin bəzi hissələrinin istehsalına nail olunması haqqında öz tövsyyələrini bildirmişdir. Bundan sonra bu istiqamətdə ciddi işlər aparılmağa başlanmışdır. Təbii ki, ilk növbədə qiymət baxımından bu işlərə Naxçıvan MR-də mövcud olan müvafiq istehsal sahələri cəlb olunmuşdur. Yəni demək istəyirəm ki, bu sahədə işlər mütəmadi olaraq davam etdiriləcək, Azərbaycanın digər regionlarında mövcud olan istehsal səhələrinin gücündən istifadə olunacaqdır. Təbii ki, bu çox uzun çəkən prosesdir, ancaq inanırıq ki, biz sahibkarlar üçün yaradılmış münbit şəraitdən maksimum yararlanaraq bu işin də öhdəsindən gələcəyik.

BB: Suallarımızı ətraflı cavabladığınız üçün təşəkkür edirik!

Mən təşəkkür edirəm

nazlifan

nazlifan1

nazlifan2

Share