İlk elastik smartfon|| ictimaiyyətə təqdim edildi

Çinin “Interim” şirkəti qrafen əsasında hazırlanmış “OLED” displeyə malik ilk elastik smartfonu ictimaiyyətə nümayiş etdiribMəlumatda qeyd olunur ki, bu smartfon baza funksionallığına və video göstərmək qabiliyyətinə malikdir.

Qurğunun ekranı yüksək keyfiyyətli olmasa da, smartfon, həmçinin qolbaq kimi istifadə edilə bilər.

Uzun müddətdir ki, elastik elektronika sahəsində işləmələr aparılır. Məsələn, 2000-ci ildə təsis edilmiş Britaniyanın “Plastic Logic” şirkəti bu sahə üzrə ixtisaslaşıb.

Bu şirkət elastik elektron kağız (yalnız qara və ağ rəngləri ötürür) texnologiyasını icad edib.

Qeyd edək ki, 2004-cü ildə Andrey Qeym və Konstantin Novoselov tərəfindən qrafen materialının əldə edilməsi texnologiyası ixtira edildikdən sonra elastik elektronika sahəsində yüksək inkişaf başlanıb.

Yeni materialın sənaye istehsalı mümkün olduqdan sonra mikroelektronika istehsalçıları elastik cihaz prototipi yaratmaq imkanı əldə ediblər.

Future-of-smartphones

Share