From the || Editor – in Chief /March-April

bas redaktordanHörmətli oxucular!

Mətbuat və informasiya aləminə yeni qədəm qoymuş “Banking Baku” jurnalının və saytının yaradıcı kollektivi adından sizi məmnuniyyətlə salamlayıram!

Mətbu nəşrlərin və elektron KİV-lərin həddindən artıq çox olduğu bir zamanda bizim meydana çıxmağımız heç də səbəbsiz deyildir. Azərbaycanda bank sektorunun inkişafı tarixi müstəqil dövlətimizin qurulması ilə  başlayır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ölkəmizdə aparılan islahatların mühüm istiqamətlərindən biri də bank quruculuğu olmuşdur. Ümummilli lider böyük uzaqgörənliklə qeyd edirdi: “Hər bir müstəqil dövlət dünya iqtisadiyyatına sıx inteqrasiya olan müstəqil dövlət, sərbəst iqtisadiyyat yolu ilə, bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət mütləq müasir tələblərə uyğun, dünya standartlarına uyğun maliyyə-kredit, maliyyə-bank sistemi təsis etməlidir. Biz bunu təsis etmişik və bugündə bunu inkişaf etdiririk”.

Ötən 25 ilə yaxın müddətdə ölkəmizin bank sektoru hüquqi əsaslar üzərində qurulmuş, beynəlxalq təcrübəyə yiyələnərək inkişaf etmiş, dünya ölkələri arasında nüfuzlu təşkilata çevrilmişdir. Bankçılıq inkişaf etdikcə əhalinin bu sektora marağı və münasibəti də müsbət mənada dəyişmiş, vətəndaşlarımız bank xidmətindən daha geniş və səmərəli istifadə etməyə başlamışlar. Lakin müşahidələr göstərir ki, bank müştərilərinin böyük əksəriyyətinin, eləcə də biznes sektorunda bankçılıqla yaxından əməkdaşlıq edən hüquqi şəxslərin bu sahədə biliklərinin artırılmasına və informasiya təminatının yaxşılaşdırılmasına ciddi ehtiyac vardır. Əmanətlərin yerləşdirilməsi, kreditləşmə, lizinq, investisiya, ipoteka və s. bank – vətəndaş münasibətlərində mövcud qanunların, qaydaların öyrənilməsində, yeni informasiyaların çatdırılmasında operativ və düzgün mövqe sərgiləyən mətbu orqana ehtiyac vardır.

Jurnalımızın və  saytımızın yaranmasını zəruri edən digər səbəb isə Azərbaycanın qeyri neft sektorunun sürətli inkişafı və bununla bağlı xarici iş adamlarının, investorların ölkəmizə göstərdiyi marağın artmasıdır. Hər bir iş adamı biznes qurmaq istədiyi ölkədə münbit iqtisadi- investisiya şəraitinin olmasını ilk növbədə bank sektorunun səviyyəsi ilə dəyərləndirir. Azərbaycanda bank sektorunun vəziyyəti, bu sahədəki qanunçuluq, yeniliklər və s. məlumatları özündə əks etdirəcək jurnalımız və saytımız Azərbaycanın bank sektoru ilə xarici iş adamları arasında məlumat körpüsü rolunu oynamaq arzusundadır.

2008-ci ildən başlamış dünya maliyyə iqtisadi böhranı son il yarımda neftin qiymətinin kəskin aşağı düşməsi ilə əlaqədar olaraq yeni mərhələyə qədəm qoymuşdur. Böhran dövründə iqtisadi münasibətlərin çevik formalarının tapılması, bank-maliyyə münasibətlərinin optimallaşdırılması, bankların sosial məsuliyyətinin artırılması, investisiya proqramlarında yaxından iştirak etməsi iqtisadiyyatın inkişafında mühüm amilə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda söyləmişdir: “Bank sektorunun əsas fəaliyyəti yeni müəssisələrin yaradılmasına, yeni iş yerlərinin açılmasına yönəldilməlidir. Azərbaycan dövləti və hökuməti həmişə bank sektoruna dəstək olmuşdur, eyni zamanda, onlara maliyyə resursları da verir, təmin edir, onlar üçün qazanc mənbəyi yaradır. Mən bir dəfə də bu barədə demişəm, bir daha demək istəyirəm ki, biz banklardan sosial məsuliyyət gözləyirik”.

Jurnalımızın və saytımızın əsas məqsədlərindən biri də bankların sosial məsuliyyəti ilə yaranacaq vətəndaş-bank münasibətlərində maarifləndirmə rolunu oynamaq,  bu sahədə yaranan münasibətlərə mütəxəssislər tərəfindən rəylər verilməsi və aydınlıq gətirilməsidir. Eyni zamanda düşünürük ki, dünya maliyyə-bank sektorunda baş verən dəyişikliklər, yeniliklər barədə Azərbaycan oxucusuna operativ məlumat vermək, mövcud vəziyyəti ekspertlər səviyyəsində təhlil etmək, bu sektora Azərbaycan vətəndaşlarının çıxış imkanlarına dəstək verməkdir.

Jurnalımızın və saytımızın üç dildə –  Azərbaycan, Rus və İngilis dilində olmasının əsas səbəbi Azərbaycan vətəndaşlarına maarifləndirici informasiya verməklə yanaşı, xarici investorların və iş adamlarının ölkəmizin maliyyə-bank sektoru ilə tanışlığına vasitəçi olmaqdır.

Əziz oxucular sizi bir daha ürəkdən salamlayır, hesab edirik ki, bizim uğurumuz sizinlə işgüzar əməkdaşlığımızdan, sizin dəstəyinizdən çox asılı olacaqdır.

 

 

Dear Readers,

Hello and very warm Welcome!

 

I greet you all with great pleasure as I usher you  into a new world of press and information – on behalf of the newly launched “Banking Baku” magazine and its creative team! Our appearance at a time  when there are excess printings and mass media tools is not a coincidence. Stages of development of the banking sector had begun with the creation and re-structuring of our independent country, Azerbaijan. With the initiative and support of our National Leader Heydar Aliyev, the main direction of reforms has always centered on creating a foundation for robust banking structure. Our National Leader noted:

“Every independant country which integrates with world economy, to sustain free economy, market economy, should establish superior financial-credit, financial banking system. We already established this and today we are improving this policy”.

The banking sector of our country was built on strong foundations and since twenty five years has developed through adopting international standardsto what it is today, a recognized prestigious organization among banking industries around the world. As banking sector was developing, people’s interest and attitude also changed towards a positive approach, so that our citizen are involved more actively, widely  and efficiently to benefit from banking products and services.Although despite the gains made, surveys still show that, majority of ordinary customers, as well as legal persons and the segment which coorperates with banks need to be seriously enlightened and encouraged to engage. Financial literacy and information on available banking services are more than ever needed in the country. There is also a need for a mass media(printing services)- dedicated wholly to elucudate banking laws, bank-citizen ethical issues, other elementary issues such as allocation procedures of loans, opening of saving accounts, other banking policy pros and cons. Also, this medium should be able to regularlyand promptly deliver information and news from a straightforward perspective.

Due to the rapid development of Azerbaijani non-oil sector and increasing interest of foreign investors, businessmen to our country, it was only appropriate that we in parallel lauchour website with the print version. Every investor who wants to invest in a country would like to seek trusted news information on current issues related to the economy. Productive economic environment directly links with the level of banking industry in a particular country. Our magazine serves as that information bridge between foreign investors and banking sector, as providing deep analysis on current situation, researching about the main challenges and possible areas for innovative investment.

After the the global financial crisiswhich happened since the beginning of 2008,the world is experiencing another strategic change in financial and economic development. This is as a result of the falling oil prices in the last year and a half. Finding flexible forms of economic relations in times of crisis, optimization of banking and financial relations, increasing social responsibility of banks, taking an active part in investment programs are important factors in development of the economy in a situation as now experienced. H.E. Mr. President Ilham Aliyev said at the conference on outcomes of the first year of implementation of the State Program on socio-economic development of districts of the Republic of Azerbaijan in 2014-2018 that:“the activities of the banking sector should focus on the creation of new businesses and jobs because the Azerbaijani State has played a huge role in the formation of the banking sector. The Azerbaijani state and government have always supported the banking sector by providing them with financial resources and creating a source of income for them. I want to reiterate that we expect social responsibility from banks”.

Therefore, one of the key goals of our magazine is to promote awareness about social resposibilty among banks, to promote responsible lending. Ou target is to the industry professionals, bankers community and all those who are interested in latest economic and financial updates. We are not like telling news, but ratherthrough prompt reporting about new challenges, innovations, analyze problematic issues in global banking industry, we would be the go to place forquick comprehensive access on all information about banking and finance sector of the Republic of Azerbaijan.

Our magazine and website is in multi  languages. The reason for this approahc is because we want to enlighten Azerbaijani citizen with fresh insight, along with it also to act as a financial  guide of Azerbaijani finance, banking sector for foreign investors and for foreign executives.

 

Dear Readers, I cordially greet you all once again, and we believe that our success is in cooperating with you.We rely on your support…

 

Sincerely,

Aysel Guliyeva

On Behalf of the staff of the “Banking Baku’ magazine

 

 

bas redaktordan

 

Share