From the Editor-in-Chief / June-July

Əziz Oxucular!

 

İce
İlk növbədə hamınızı jurnalımızın ikinci buraxılışında Salamlayıram.

Sizinlə növbəti dəfə görüşməkdən böyük məmnunluq duyuram. Banking Baku jurnalı 17 Mart 2016-cı il tarixində rəsmi təqdimat mərasimi ilə fəaliyyətinə başlamışdır. Önümüzdə yeni tələblər, müasir çağırışlar və qloballaşan dünyanın innovativ trendləri dayanır. Bildiyiniz kimi, bu gün Azərbaycan deyəndə istər beynəlxalq aləmdə, istər vətəndaşlarımız arasında müasir, suveren, neft kapitalını – “qara qızılı” insan kapitalına çevirməyi hədəfləyən ölkə səslənir. Ümumilikdə, ölkəmizdə aparılan ciddi struktur islahatları Azərbaycanın ümumi inkişaf meyillərini müəyyənləşdirmişdir. Biznes mühitin yaxşılaşdırılması üçün Cənab Prezident İlham Əliyevin yoxlamaların dayandırılması ilə bağli verdiyi göstərişlər azad rəqabətin inkişafını dəstəkləmək üçün önəmli addımlardandır. İqtisadi şəffaflıq siyasətinin dəstəklənməsinin əsas məqsədi ölkəmizi investorlar üçün cəlbedici etməklə yanaşı qanunun aliliyinin təmin olunmasına və vətəndaşların rifah halının yüksəldilməsinə yönəlmişdir. “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 Yanvar 2016-cı il fərmanı Azərbaycana qoyulacaq sərmayələrin həcmini böyük dərəcədə artıracaqdır.
Son dövrlərdə, fond resurslarının diversifikasiyası, neft qiymətlərinin volatilliyi nəticəsində əfsuslar olsun ki, ölkəmizdə ciddi dollarlaşma getmişdir. Bu təbii prosesdir. Lakin, maliyyə nəzarəti və bank sektorunun institusional inkişafı istiqamətində atılan mühüm addımlar sektorun sağlamlaşdırılmasına şərait yaradacaqdır.
Bu sayımızda, bank proqramlarının icrasında texnoloji-innovativ aplikasiyaların tətbiqi, rəqəmsal marketinq və bank sektorunun inkişafıyla bağlı yeni baxışların təqdimatı ilə tanış olacaqsınız. Məqsədimiz Sizin maraqlarınızı ifadə etmək, ölkəmizdə bank və biznes sahəsinin günün tələblərinə uyğun istiqamətdə inkişafı üçün optimal yolların və modellərin axtarılmasında sahə mütəxəsislərinə dəstək olmaqdır.
Çox şadıq ki, jurnalımızı və saytımızı təsis etdikdən ötən qısa müddət ərzində müsbət oxucu reytinqi qazana bilmişik. Biz bunu oxucu inamının krediti kimi qəbul edir və Sizin etimadınızı doğrultmaq üçün operativ qaydada daha da məsuliyyətlə, kreativ idealarla çalışmağa davam edəcəyik.

 

 

 

 

Dear Readers,

Hello and very warm Welcome.
Glad to present to you the second edition of our magazine. I am very pleased to share these moments with you again. Banking Baku magazine launched officially with a presentation event on March 17, 2016. With a fast changing world, since our launch, today, there are emerging new circumstances, arising from the modern challenges and innovative trends of the globalized world. Of course Azerbaijan is not left behind, because now when you mention – Azerbaijan, both locally and internationally, the country is now known as a modern, sovereign, country which is aiming to transform the oil capital, as we’ve known as «black gold”, to human capital in the mind of people.
Nowadays, the serious structural reforms that Azerbaijan is leading have defined the general development trends as is seen in several countries. To improve the business environment, President Ilham Aliyev has instructed the suspension of unwarranted inspections and this is one of the important steps to support the development of perfect competition in Azerbaijan. Moreover, this action is aimed at supporting the economic policy on transparency in order to make Azerbaijan an attractive hub for investors, to improve welfare of citizens as well to ensure supreme law standards.
It is significant to note that the President’s decree on January 18, 2016 about “Additional measures to promote investments” will significantly expand the scope of investments. In recent years, as the result of diversifying funding sources, coupled with the challenges from the fall in oil price and volatility in the industry, this led to high dollarization in Azerbaijan. However, financial supervision and taking important steps toward institutional development of the banking sector will contribute to the restructuration of the system.
In this issue of the magazine, you will be familiar with a new fresh outlook on the use of technology and innovative applications on the implementation of bank programs, as well as digital marketing perspectives and with new challenges facing banking sector. Our goal is to draw your attention to these new approaches and pointing the way to industry specialists on compliance with the requirements of bank and the business models for development in the right direction.
I am so happy that we could gain a positive rating from our target audience in this very short period of time since the magazine and website was established. We take this appraisal seriously and consider this as an opportunity to serve you better. I can assure you that in order to justify your confidence our team will continue to operate in responsibly with our creative ideas to always bring you top quality. So, stay tuned.
Sincerely,
Aysel Guliyeva

Share