Betül Çakaloğlunun|| “Banking Baku”ya Müsahibəsi

_SAM4195

Nüfuzlu  “The Business Year” jurnalının regional direktoru xanım Betül Çakaloğlunun ekskluziv olaraq “Banking Baku” jurnalına olan müsahibəsini Sizlərə təqdim edirik.  Xanım Çakaloğlu, Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuz və ölkəmizin əldə etdiyi  naliyyətlər haqqında olduqca ətraflı danışdı

 

BB Bu yaxınlarda Prezidentimiz cənab İlham Əliyevi “İlin adamı”adlandırdınız. Zəhmət olmasa  bu seçimin haradan qaynaqlandığını oxucularımıza izah edərdiniz?

 

Prezident İlham Əliyevin  bu mükafata layiq görülməsi qərarı Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlərə əsaslanır. İlk öncə, bu, Avropanın enerji təhlükəsizliyinə, eyni zamanda “Cənub” Qaz Dəhlizi, TANAP, TAP və “Şah-Dəniz 2” kimi iri beynəlxalq enerji layihələrinə Azərbaycan Respublikasının bəxş etdiyi töhfələr ilə əlaqədardır. Azərbaycan eyni zamanda mühüm beynəlxalq idman tədbirlərinə ev sahibliyi etdi və bu tədbirlərin təşkilini həyata keçirdi, misal üçün 2015 Avropa Oyunları və ən sonuncu Formula 1 Avropa Qran Prisi. Bu təltif eyni zamanda regionda sülh və təhlükəsizliyi təmin etmək üçün qlobal humanitar və digər uğurlu tədbirlərə ev sahibliyi etməklə, multikulturalizm dəyərlərinin təbliğinə və sivilizasiyalar və mədəniyyətlərarası dialoqun yaradılmasına göstərilənböyük dəstəyə görə təqdim olundu. Bu cür əhəmiyyətli daxili və beynəlxalq tədbirləri nəzərə alaraq, cənab  Prezident Əliyevi nüfuzlu “İlin adamı” mükafatı ilə təltif etməyin müvafiq olduğunu və bunun tam zamanı olduğunu hiss etdik.

BB “The Business Year” jurnalı Azərbaycan ilə artıq təxminən altı ildir ki, əməkdaşlıq edir. Azərbaycanda inkişafın ən çox hansı  sahələrdə və sektorlarda baş verdiyini müşahidə etmisiniz?

 

Azərbaycan ilə əməkdaşlıq etdiyimiz altı il ərzində inkişafın ən  çox müşahidə olunduğu sektor dövlətin turizm sənayesidir. 2012-ci ildə Avroviziya mahnı müsabiqəsinə, 2015-ci ildə ilk AvropaOyunlarına və sonra isə Formula 1 AvropaQran Prisinə ev sahibliyi etdiyini nəzərə alsaq, tam əminliklə deyəbilərik ki, Azərbaycan çox böyük diqqətlə planlaşdırılmış bu tədbirlər üçün minlərlə turisti  lazımi qaydada qəbul edə biləcək beynəlxalq bir mərkəz kimi öz mövqeyini bərkitmişdir. Bu cür tədbirlər eyni zamanda dövlətin profilini bütün dünyada əhəmiyyətli dərəcədə qaldırır, xüsusilədə Bakının təbii gözəlliyi beynəlxalq müşahidəçilərin maraqlarını cəlbedir. Bu inkişafı qiymətləndirərkən, statistika göstərir ki, Azərbaycan 2015-ci ildə 2.1 milyon turist cəlb etmişdirki, bu da  2007-ci ildə Azərbaycana gələn 600,000 turistilə müqayisədə çox böyük artımdır. Buna əlavə olaraq, 2017-ci ildə Bakı eyni zamanda  digər böyük beynəlxalq tədbirə 4-ci İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Biz eyni zamanda İKT sektorunda da əhəmiyyətli inkişafın şahidi olduq. 2010-cu ildən bəri bu sektora 2 milyard dollardan artıq investisiya qoyulmuşdur və Azərbaycan bugün demək olarki,  MDB regionunda bütün əlaqədar ölçü sistemi sahəsində beynəlxalq səviyyədə ən güclü İKT dövləti kimi təyin olunmuşdur. Mobil telefonun müdaxilə əmsalı artıq 100%-dən artıqdır və 2010-cu ildən bəri mobil telefon abunəçilərinin sayı Azərbaycanda olan əhalinin sayından daha artıqdır. E-hökumət təşəbbüsləri həm keyfiyyət, həm də xidmət dairəsinə görə inkişaf etməkdədirki, bu da bir çox hökumət xidmətlərində əhaliyə yeni, effektiv həll yollarını təqdim edəcək.

BB Son illərdə Azərbaycan bir çox neftdən asılı dövlətlər kimi gəlirdə azalmanı müşahidə etdi. Müxtəlif dövlətlərin fərqli iqtisadiyyatını analiz etmə təcrübənizə əsaslanaraq, sizcə Azərbaycan ən mükəmməl təcrübəni  hansı sahələrdə əldə edəbilər?

 

Zənnimcə, çox dəyişkən məhsul bazarının öhdəsindən yüksək səviyyədə gələ bilən dövlətlər diversifikasiya cəhdlərinə daha kəskin bağlanan dövlətlərdir.İlk ağıla gələn  dövlət və ya Əmirlik Dubaydır. Çünki bu dövlət xidmət əsaslı bir iqtisadiyyata keçidi bacardı və logistika kimi vacib sektorlarda təkamülə nail oldu, nəticə etibarı ilə neftin qiymətində  olan azalma digər dövlətlər ilə müqayisədə bu dövlətə daha az təsir göstərdi. Dubay Cebel Əli regionu üçün logistika mərkəzinə çevrilməyi bacardı, Dubay həmçinin  maliyyə sənayesi üzrə heç şübhəsiz ki, Ərəb dövləti kimi maliyyə paytaxtına çevrildi. Azərbaycan Dubaydan xüsusi ilə nəqliyyat və logistika mərkəzinə çevrilməsi mərhələlərini öyrənə bilər, çünki Azərbaycan şərqlə qərbi və şimalla cənubu birləşdirən nadir geofiziki məkanda yerləşməsindən faydalana bilər ki, bu üstünlük beynəlxalq nəqliyyat və logistika cığırında diqqətin daha çox Azərbaycana yönəlməsinə səbəb olur.Bu bazardan faydalanmaq dövlət üçün üstünlük olacaq, çünki bu Dubayda müşahidə olunduğu kimi geniş iqtisadi gəlirlərin cəlb olunmasına səbəb olacaq, hansı ki, böyük gəmilər öz yüklərinin bütün körfəz arasında paylaşdırılması üçün Dubaya gəlirdilər.Düşünürəm ki, Azərbaycan Xəzər regionunda eyni rolu oynamaqla inkişaf edə bilər.

BB Region iqtisadiyyatında Azərbaycan hansı rolu oynaya bilər? Və sizin fikrinizcə, Azərbaycan Avropa ilə Asiya arasındakı körpüdə dominant oyunçuya çevrilə bilərmi?

 

Düşünürəm ki, Azərbaycan Avropa ilə Asiya körpüsündə sözsüz ki dominant oyunçuya çevriləbilər və mənim fikrimcə biz artıq bu dinamikanın təzahürünü müşahidə etmişik. Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa üçün böyük əhəmiyyətə malikdir, belə ki, Avropa müəyyən tərəflərə həddindən artıq əmin olmamaq üçün təbii qaz mənbələrinin fərqli olmasına çalışır. TAP və TANAP kimi əhəmiyyətli layihələrdə belə bir fakta sübutdur ki, Avropa Azərbaycanın onun ehtiyaclarını həyata keçirməsinə ümid edir. Zənnimcə, Azərbaycanın yeri Asiya ilə Avropa arasında dörd yol ağzında yerləşməklə, bu rolu oynacağından xəbər verir. Daha sadə desək, Avropa ilə Asiya arasında körpü yaratmaq üçün Azərbaycandandan daha əlverişli məkanda yerləşən digər bir dövlət yoxdur. Geniş BTK dəmiryolu layihəsi bu məqsəd üçün bəzi infrastrukturun təmin olunmasına yardım edəcək. Region daxilində, Azərbaycan enerji iqtisadiyyatını genişləndirmiş və hətta Türkiyə ilə Rusiya arasında fikir ayrılıqlarının mövcud olduğu birzamanda da onların yaxın dostu mövqeyində qalmağı bacarmışdır. Hesab edirəmki, Azərbaycan eyni zamanda beynəlxalq arenada öz əhəmiyyətini artırmaqla və dövlətin iqtisadi potensialını əlavə etməklə – onların demək olar ki ayaqları altında olan əlverişli  İran bazarına nüfuz etməklə,öz mədəni və biznes əlaqələrindən onların maraqları üzrə istifadə edəcək.

 BB “The Business Year”jurnalının tarixini bizimlə qısa paylaşa bilərsinizmi,  bu qədər jurnal burulğanından necə seçilirsiniz?

 

“The Business Year” (TBY) jurnalı bir neçə ildir ki, Azərbaycanda fəaliyyət göstərir. İlk buraxdığımız nəşr “The Business Year: Azerbaijan 2011″ idi və biz o vaxtdan bəri hər il bu layihəni aparmaq üçün dəvət olunmuşuq. Bizim- Azərbaycan ilə yanaşı il ərzində əhatə etdiyimiz dünya boyunca digər 25  dövlətdə seçilməyimizin səbəblərindən biri odur ki, biz diqqəti insanlar  üzrə cəmləyirik. Hər il biz ancaq Azərbaycanda 150 dən çox aparıcı biznes və  siyasi liderlərdən müsahibə alırıq. Biz oxuculara Azərbaycanın iqtisadi gələcəyini formalaşdıran şəxslərin düşüncələri ilə birbaşa tanış olmaq imkanını yaradırıq. Öz müsahibəmizi daxili analiz əsasında tamamlayırıq, lakin, çox gümanki, iqtisadiyyatda aparıcı iştirakçılar ilə tanış olmaları, onların perspektivlərini və gələcək planlarını bilmələri üçün bizim oxucularımız bizdən daha çox asılıdırlar.Bu il Prezident bizim oxucularımıza Azərbaycanın iqtisadi trayektoriyasını davam etdirmək, dövlətdə davamlı və bərabər inkişafı təmin etmək və multikulturalizm dünyasına bir nümunə təqdim etmək üçün öz aydın fikirləri barəsində danışdı. Bizim Azərbaycan Prezindeti Apparatı ilə əməkdaşlığımız digər fərqli bir amildir. Onlarla əməkdaşlıq sayəsində, biz siyasi taktikalar, prioritet sektorlarda və əsas layihələr və təşəbbüslər daxilində əvəzsiz redaksiya bələdçiliyi ilə təmin olunuruq. Bu il, 2016 nəşri üçün, biz cənab Prezident İlham Əliyev ilə görüşdük, o qarşıdan gələn il ərzində turizmin əhəmiyyəti və bu sektorda nəzərdə tutulan müxtəlif təşəbbüslər barəsində ətraflı danışdı. Beləliklə siz, növbəti nəşrdə bu vacib sektorun xüsusi işıqlandırılacağından əmin ola bilərsiniz.

 

 

 

Share