Who We Are
Aysel Guliyeva

 aysel@bankingbaku.az

Aysel Guliyeva “Qafqaz – Azərbaycan Özəl Türk’’ litseyini bitirmişdir. O, Çexiyanın New York Universitetində və
Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin İdarəedilməsi” fakultəsində təhsil alaraq bakalavr dərəcəsi əldə etmişdir. Daha sonra, Bank of Baku ASC-nin Məhsulların İdarə Edilməsi Departamentində çalışmışdır. Aysel xanım, əsası 2011-ci ildə qoyulan “Davamlı İnkişaf Təşəbbüsləri” İctimai Birliyinin Sədridir. “Gənclərin xaricdə təhsil və inkişaf perspektivlərinin reallaşdırılmasının dəstəklənməsi”, (2011) “Kənd yerlərində aqroturizmin inkişafı”, (2012) “Əhalinin Maliyyə Vəsaitlərinin xərclənməsində məsuliyyətin artırılması” (2014) və digər layihələrin rəhbəri olmuşdur. O Respublika üzrə keçirilən Fənn Olimpiadasının Gümüş medalçısıdır. 2006-cı ildə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Çağ Öyrətim İşlətmələri şirkəti tərəfindən təşkil edilən “Fərqli Mədəniyyətlər Qovşağı – Azərbaycan” Sərgisində fəal iştiraka və liderliyə görə təltif edilmişdir. 2013-cü ildə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Müasir Azərbaycan Bank Sistemi” adlı referat müsabiqəsinin qalibi olmuşdur. Hazırda ölkədə keyfiyyətli maliyyə-bank xəbərlərini işıqlandıran eyni zamanda məqsədi ölkənin iqtisadi və biznes mühitini beynəlxalq səviyyədə təbliğ etmək olan “Banking Baku” jurnalının təsisçisi və baş redaktorudur. Aysel Guliyeva 2016-cı ildən Azərbaycan Banklar Assosiasiyasının təsis etdiyi Tədris Strategiyaları, Maliyyə Savadlılığı və İnsan Resursları üzrə Ekspert qrupunun üzvüdür

 

saytaakil

 

Nick Nwolisa, Executive Editor

nick@bankingbaku.az

Nick Nwolisa Maastrixt Menecment Məktəbində və Azərbaycan Diplomatik Akademiyasında EMBA üzrə (Beynəlxalq Biznes) magistr dərəcəsi əldə etmişdir. O 2014 cü ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunda Beynəlxalq Əlaqələr və İnkişaf proqramı üzrə direktor, 2015-ci ildə UNİCEF-in Gənc və Yeniyetmələrin hərtərəfli inkişafı üzrə layihə kordinatoru, 2016 cı ildən isə Gənc Vəkillər Birliyində məsləhətçi kimi çalışmaqdadır. Nick müxtəlif yerli və beynəlxalq layihələrdə iştirak etmiş, çoxsaylı akademik nəşrləri dərc olunmuşdur (Academic Case Study AZNAR – International marketing of Azerbaijan pomegranate seed oil”. Lecture material for Global Corporate Strategy, ADA University / MsM. October, 2015, “BRIEFING PAPER -Role of civil society in eliminating poverty” by 2015”. Eurasia Press LTD Baku, Azerbaijan. December 01, 2012)

image-1

 

Aysel Jabrayilova, Managing Editor

anjabrayilova@gmail.com

Aysel Cəbrayılova Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakultəsində bakalavr dərəcəsi almışdır. O, 2011-də Bank of Baku ASC-nin Satış Kanallarının idarə edilməsi, daha sonra  Reklam və İctimaiyyətlə Əlaqələr Departamentində çalışmışdır. Aysel xanım, 2015-ci ildən Kapital Bank ASC-nin Rəqəmsal Marketing şöbəsində çalışmaqdadır. Aysel Cəbrayılova Milli Marketing Forumunun təşkilati komandanın üzvü, Rəqəmsal marketinq konfransının həmtəsisçisidir.  Aysel, Rəqəmsal Marketinq üzrə çoxsaylı ictimai tədbirlərdə iştirak etmişdir, həmçinin Business İnsight şirkətinin keçirdiyi “Gizli Müştəri Xidməti” araşdırmasında diploma layiq görülmüşdür. Aysel Cəbrayılova həmçinin Azərbaycan Banklar Assosiasiyasının təsis etdiyi Marketinq və PR üzrə Ekspert qrupunun üzvüdür.

 

saytqy-768x770Gunay Novruz, Administrative Assistant

gunay@bankingbaku.az

Gunay Novruz Bakı Slavyan Universitetinin Yaradıcılıq fakultəsində təhsil almışdır.

O, Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvüdür.

Gunay xanım “Qızıl Qələm” və bir sıra mükafatlara layiq görülmüşdür. Hazırda Banking Baku jurnalının İctimaiyyətlə Əlaqələr üzrə meneceridir

 

Our Partner

ikinci

Jurnalımızın və saytımızın əsas məqsədlərindən biri bankların sosial məsuliyyəti ilə yaranacaq vətəndaş-bank münasibətlərində maarifləndirmə rolunu oynamaq, bu sahədə yaranan münasibətlərə mütəxəssislər tərəfindən rəylər verilməsi və aydınlıq gətirilməsidir. Eyni zamanda dünya maliyyə-bank sektorunda baş verən dəyişikliklər, yeniliklər barədə Azərbaycan oxucusuna operativ məlumat vermək, mövcud vəziyyəti ekspertlər səviyyəsində təhlil etmək, bu sektora Azərbaycan vətəndaşlarının çıxış imkanlarına dəstək verməkdir. Jurnalımızın və saytımızın yaranmasını zəruri edən digər səbəb isə Azərbaycanın qeyri neft sektorunun sürətli inkişafı və bununla bağlı xarici iş adamlarının, investorların ölkəmizə göstərdiyi marağın artmasıdır. Hər bir iş adamı biznes qurmaq istədiyi ölkədə münbit iqtisadi- investisiya şəraitinin olmasını ilk növbədə bank sektorunun səviyyəsi ilə dəyərləndirir. Azərbaycanda bank sektorunun vəziyyəti, bu sahədəki qanunçuluq, yeniliklər və s. məlumatları özündə əks etdirəcək jurnalımız və saytımız Azərbaycanın bank sektoru ilə xarici iş adamları arasında məlumat körpüsü rolunu oynamaq arzusundadır.

***

One of the key goals of our magazine is to promote awareness about social responsibility among banks, to promote responsible lending. Our target is to the industry professionals, bankers’ community and all those who are interested in latest economic and financial updates. We are not telling news, but rather through prompt reporting about new challenges, innovations, analyze problematic issues in global banking industry, we would be the go to place for quick comprehensive access on all information about banking and finance sector of the Republic of Azerbaijan.

The banking sector of our country was built on strong foundations and since twenty five years has developed through adopting international standards to what it is today, a recognized prestigious organization among banking industries around the world. Financial literacy and information on available banking services are more than ever needed in the country. There is also a need for a mass media(printing services)- dedicated wholly to elucidate banking laws, bank-citizen ethical issues, other elementary issues such as allocation procedures of loans, opening of saving accounts, other banking policy pros and cons. Also, this medium should be able to regularly and promptly deliver information and news from a straightforward perspective.

Banking Baku is an online website and a print format. It is appropriate that we in parallel launch our website with the print version. Every investor who wants to invest in a country would like to seek trusted news information on current issues related to the economy. Productive economic environment directly links with the level of banking industry in a particular country.

Our magazine serves as that information bridge between foreign investors and banking sector, as providing deep analysis on current situation, researching about the main challenges and possible areas for innovative investment.

Contact Details:

  Language Preferences Azerbaijani; Russian; English; Turkish
  Contact Adress: AZ1000, str.Balabala Majidov, 158 Yasamal
  Tube: Nizami metro station
  Contact Numbers: (+99412) 596-23-47
(+99450) 278-31-49

Share