Banking Baku: Azərbaycan Respublikası parlamentinin fəal deputatlarından olan Prof. Dr. Sahibə Qafarovadan müsahibə almışdır

Sahibə Qafarova Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında qurumun Gender bərabərliyi və Qeyri-diskriminasiya Komitəsinintam hüquqlu üzvü və həmin qurumda “Qadınlara qarşı zorakılıq” məsələləri üzrə baş məruzəçi kimi təmsil edir. Onun vəzifəsi yalnız Azərbaycanı digər Avropa ölkələrinə tanıtmaqla kifayətlənmir;belə ki, o,həmçinin, qadın məsələləri üzrə təcrübəli vəkil kimi Azərbaycan qadınlarının müvafiq sahələrdə əldə etdikləri uğurları təmsil edir.

Sahiba GAFAROVA (AzerbaijanEDGRapporteur for opinion

2006-cı ildə Sahibə Qafarova Fulbright təqaüd proqramı çərçivəsində ABŞ-a gedərək həmin ölkədəki məşhur ali məktəblərindən olan Miçiqan universitetində qadın yazıçıların gender aspektləri sahəsində tədqiqat işi aparmışdır. O, həmçinin East Tennessee Universitetində təhsil almış və orada gender məsələləri ilə bağlı təlim kurslarında iştirak etmişdir. ABŞ-da olarkən xanım Qafarova Miçiqan Universitetinin Qadın və Gender Araşdırmaları İnstitutunda da çalışmışdır. Həmin universitetdə o, Azərbaycanda gender bərabərliyi və qadın məsələləri ilə bağlı mühazirə vermək imkanı qazanmışdır.O, Azərbaycanın tarixi və iqtisadi vəziyyəti ilə yaxından tanış olan professorlar da daxil olmaqla fəxri professorlarla yaxından tanış olub.

ABŞ-a səfər etməzdən öncə Sahibə Qafarova Bakı Slavyan Universitetində prorektor vəzifəsində çalışmış və ədəbiyyat üzrə tanınmış professor olmuşdur. Azərbaycan və ABŞ-da qazanmış bütün bu təcrübələrona Azərbaycan qadınını ölkədə və Avropada daha yaxşı təmsil etməyə imkan vermişdir. Digər bir neçə qadınla birlikdə o, davamlı olaraq daha çox qadınları biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa həvəsləndirmiş və onları dəstəkləmişdir.

Banking Baku: Bizim qadınlarımız Direktorlar şurasında təmsil olunmaq, yerli və beynəlxalq səviyyədə qərar vermə mövqelərində olmaq baxımından nələri etməlidirlər?

Bu, çox maraqlı, eyni zamanda məşhur bir sualdır. Belə ki, AŞPA-ın illik hesabatında bu məsələ bizim komitənin gündəliyində öndə duran məsələlərdəndir. Qərar vermə mövqelərində olmaq biznes mühitindəki qadın üçün çox vacibdir. Hər şeydən əvvəl onu qeyd etmək istərdim ki, Azərbaycan qadını azaddır. Ölkəmizdə gender bərabərliyi mövcuddur. Konstitusiyamızda bildirilir ki, qadınlar kişilərlə eyni hüquqa malikdir. Sövetlər dönəmində qadınlar daha çox təhsil və səhiyyə kimi ənənəvi sahələrdə çalışırdılar. Günümüzdə isə qadınlar istənilən sektorda işləməkdə sərbəstdirlər. Peşəkar inkişaf yolu və ya təhsildə seçim edərkən qadınlar əsasən bankçılıq, biznes, hüquq, tibb və mühəndislik kimi sahələri seçirlər. Hərçənd ki, bu, heç də həmişə belə olmamışdır. Bəli, biz deyə bilərik ki,qərarvermə səlahiyyətinə malik vəzifələrdə gender bərabərliyi arzuolunan səviyyədə deyil. Lakin belə bir disbalans yalnız Azərbaycanda müşahidə olunmur. Məsələn, İsveç və digər Skandinaviya ölkələrində qərar vermə səlahiyyətinə malik vəzifələrdəki qadınların kişilərə olan nisbəti demək olar eynidir. Buna baxmayaraq, bir çox Avropa ölkələrində qərarvermə məsələlərinə gəlincə qadınlarla kişilər arasında balans mövcud deyil. Zənn edirəm ki, Azərbaycanda qadınların hər şeydən öncə ana olmaq kimi təbii instinkti onların qərarvermə proseslərində yaxından iştirakına mane olur. Qadınlar daha çox öz kiçik ailələrində nüfuza sahib olmağa çalışırlar ki, bu, mənim fikrimcə ümumilikdə cəmiyyətin vacib bir hissəsidir. Sizə bir nümunə vermək istərdim. Mən universiteti bitirəndə, PhD-ə namizəd məzunlar arasında ən gənc məzun idim. Lakin ailə qurduqdan sonra, 10 il ərzində elmi işim üzərində tam gücümlə işləyə bilmədim. Yalnız ikinci oğlum məktəbə getdikdən sonra təhsilimi başa vura bildim və doktorluq dərəcəmi aldım. On il ərzində təhsilimə davam etmədiyim bir dövrdə kişi həmkarlarım, əvvəlki kişi tələbə yoldaşlarım karyeralarını davam etdirmişdilər. Lakin mən isə fasilə verməli oldum. Özü də düz 10 il. Bu, adi nümunələrdən biridir.

İndi ölkədə yeni bir trend müşahidə edirəm.Belə ki, gənc qızlar bakalavr təhsilindən sonra magistr pilləsində təhsil almağa davam edirlər və bundan dərhal sonra isə ailə qururlar.

Onu da qeyd edim ki, ildən ildə qərar vermə prosesinə cəlb olunan qadınların sayı artmaqdadır. Öz nümunəm əsasında onu deyə bilərəm ki, mən Bakı Slavyan Universitetinə rektor kimi işə başlayarkən, ümumilikdə Azərbaycanda yalnız iki qadın prorektor vəzifəsində çalışırdı. Lakin indi hər bir universitetdə prorektorların çoxu qadındır. Regionlarda bələdiyyə seçkilərində çoxsaylı qadınlar öz dairələrini təmsil etmək üçün seçilirlər; mühüm dövlət vəzifələrində qadınlar çalışır. Mən Milli Məclisin üzvü olaraq kənd yerlərinə gedərkən orada çoxsaylı problemləri olan qadınlar görürəm. Hökumət təmsilçisi qadın olduğu zaman onunla ünsiyyət qurmaq daha asan olur, belə ki, o, qadınların qarşılaşdığı problemlərlə tanışdır. Bizim hökumətimiz qərarvermə proseslərində iştirak edən qadınların sayını artırmaq üçün yollar axtarışındadır.

Banking Baku: Gender məsələləri üzrə ekspert kimi, sizcə müasir Azərbaycanda qadınların qarşılaşdığı başlıca problemlər hansılardır?

Ümumiyyətlə, Azərbaycanda bu sahədə o qədər də çox problem yoxdur, çünki bizdə gender və qadın məsələləri ilə bağlı bütün qanunlar imzalanmış və qəbul edilmişdir. Lakin sözsüz ki, az da olsa çatışmazlıqlar var. Cəmiyyətimizdə erkən evlilik problemi var. Erkən evlilik o deməkdir ki, gənc qızlar məktəbə getmirlər və erkən yaşda ailə qururlar. Qanunvericiliyə əsasən, insanlar on səkkiz yaşından etibarən ailə qura bilərlər. On səkkiz yaşından əvvəl qurulan ailə erkən nikah hesab edilir. Erkən nikahlar zamanı doğulan uşaqlar ataların soyadlarını götürə bilmir; belə ki, onların nikahı rəsmi olaraq dövlət tərəfindən tanınmır. Erkən evliliklərin çoxu boşanma ilə nəticələnir.Belə olan halda tək uşağı və ya uşaqları olan gənc ana çox vaxt işsiz qalır, çünki heç bir təhsili olmur.Beləliklə, onun müntəzəm gəliri olmur,nikahı və uşaqları dövlət tərəfindən sənədləşdirilmədiyindən hökumətdən övladları üçün yardım istəməsi çətinləşir.

Bir çox dövlətlərdə olduğu kimi bizim ölkədə də məişət zorakılığı utancverici bir haldır. 2010-cu ildə məişət zorakılığına qarşı qanun qəbul edilmişdir. Sözsüz ki, bizim hökumət vəAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu problemin həlli üzərində çalışır. Məişət zorakılığına qarşı mübarizə hiss olunacaq səviyyədədir.Mənə məlumdur ki, bununla bağlı müxtəlif proqramlar var və bu proqramlar çərçivəsində məişət zorakılığının qurbanları ilə görüşlər keçirilir, onlara hüquqi və psixoloji yardımlar göstərirlər. Məişət zorakılığı ilə bağlı başlıca problem ondadır ki, çox vaxt bu barədə danışılmır.Belə ki, bizlərdə belə bir yanlış düşüncə var ki, adət-ənənələrimizə görə, qadın hər bir halda ərinə tabe olmalıdır. Vəziyyətin dəyişməsi üçün qadınların öz hüquqlarını bilməsi lazımdır. Azərbaycan hökuməti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsivasitəsilə müxtəlif təlimlər keçirərək qadınları maarifləndirir. Həmçinin,cəmiyyətimizdəki mövcud bu problemlərlə məşğul olan QHT-lər mövcuddur, onlarregionlarda müxtəlif təlimlərin keçirilməsi üçün ekspertlər dəvət edirlər. Qeyd etmək lazımdır ki, bu problem daha çox kənd yerlərində özünü qabarıq biruzə verir. Bir daha vurğulamaq istərdim ki, bizim gender bərabərliyi, qeyri-diskriminasiya, məişət zorakılığı və s. bu kimi sahələrdə bir deyil, bir neçə qanunumuz var. Əlbəttə ki, hökumət vəziyyəti yaxşılaşdırmaq üçün əlində gələni əsirgəmir.

Müsahibənin davamını “Banking Baku” jurnalından oxuya bilərsiniz

Share