Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Prezidentiylə Müsahibə

Banking Baku  Azərbaycan Respublikası  Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti cənab Məmməd Musayevlə müsahibəsini təqdim edir:

Banking Baku:  Yeni  iş yerlərinin  açılması  və  əhalinin  məşgulluğunun  təmin  olunması   dövlətimizin  sosial siyasətinin  əsas  istiqamətlərindən  biridir.  Dünya  maliyyə  iqtisadi böhranı  şəraitində Azərbaycanda  yeni  iş  yerlərinin açılmasının əhəmiyyəti  barədə   fikirlərinizi söyləməyinizi  xahiş edirəm.   

Azərbaycan Respublikası reqionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində son 12 il ərzində bir milyon 400 min yeni iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yerləridir. Ümumilikdə, ötən il 84 mini daimi olmaqla 110 min yeni iş yeri açılıb, eyni zamanda, müxtəlif səbəblərdən 40 min iş yeri bağlanıb. Qarşıdakı illərdə məşğulluğun artırılması məqsədiylə reqionlarda ənənəvi istehsal sahələrinin, o cümlədən, pambıqçılığın, tütünçülüyün,,elecə də, xalçaçılığın və digər sənətkarlıq növlərinin inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görüləcək.

memmed

Banking Baku: Manatın  devalvasiyasından  keçən  müddət  ərzində  cənab  Prezidentin  ölkə  iqtisadiyyatını sağlamlaşdırmaq  və  əhalinin sosial  müdafiəsini  gücləndirmək  istiqamətində  bir sıra fərman  və  sərəncamları  olmuşdur.  Sizcə,  post- neft  dövründə  milli  iqtisadiyyatın  əsas  istiqamətləri nələr  olmalıdır?        

 Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqamlarının, Fərman və Sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.

Biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər bu gün xüsusiylə böyük əhəmiyyət kəsb edir. Ötən ilin  sonlarında və bu ilin yanvar ayında sahibkarlığın inkişafı ilə bağlı ölkə Prezidentinin imzaladığı mühüm qərarlar biznes mühitinin yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı olub. Belə ki, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətində dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsümunun məbləği Bakıda 2 dəfə, reqionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb.

Sahibkarlığın inkişafı baxımından hal-hazırda Ölkə Prezidentinin qarşıya qoyduğu məsələ ölkədə idxal-ixrac inhisarçılığının aradan qaldırılması, ölkəyə xarici investisiyanın, xüsusilə qeyri-neft sektoruna xarici kapitalın qoyulmasıdır.  Dünya praktikasını nəzərə alaraq qeyd etmək istəyirik ki, yalnız məhsulların qeydiyyatında elektronlanlaşma olarsa və bu sistem ölkədə şəffalıq, keyfiyyətli xidmət reputasiyasını özündə birləşdirən ASAN xidmətə verilərsə qarşıdakı müddətdə müəyyən nəticələr almaq olar.  Sahibkarlıq subyektlərinin qarşısında dayanan süni baryerlərdən sayılan Lisenziya verilmə xidməti ilə əlaqədar aparılan islahatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin qarşısından bürokratik amilləri aradan qaldırdı. Yəni, sahibkar bir dəfə lisenziya alacaq və lisenziya öz növbəsində müddətsiz olaraq veriləcək. Əvvəlki qaydalara görə isə, sahibkarlar hər 5 ildən bir lisenziya almalı  və hər 5 ildən bir ödəniş etməli olurdular. “Elektron lisenziya” portalının formalaşması lisenziya və xüsusi icazələrin verilməsi proseslərinin tamamən elektronlaşmasına gətirib çıxaracaq ki, bu da kifayət qədər sadə və lisenziyaların alınması üçün elektron müraciət formasının tətbiq edilməsi deməkdir. Yeni qanuna əsasən lisenziyanın alınması üçün bütün sənədlər təqdim ediləndən sonra lisenziya 2 gün ərzində sahibkara təqdim ediləcək. Bu lisenziyaların verilməsi sahəsində pozitiv inqilabi islahat kimi qiymətləndirilməlidir. Azərbaycan lisenziyaların alınması üçün tələb edilən günlərin sayına görə inkişaf etmiş ölkələrin cəmləşdiyi İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatı üzrə orta göstəricidən 3 dəfədən çox azdır.  Bu isə o deməkdir ki, ölkəmiz lisenziyaların verilməsi üçün tələb edilən günlərin sayına görə hətta inkişaf etmiş dövlətlərdən belə öndə olacaq. Yeni qaydalar isə  sahibkara imkan verəcək ki, yalnız bir ödəniş etməklə müddətsiz lisenziya ala bilsinlər.

İnhisarçılığın ləğvi və elektronlaşması artıq nəinki yerli sahibkarlar, o cümlədən xarici investorların da ölkəmizə gəlməsini sürətləndirəcək. Nəzərə alsaq ki, hal-hazırda pul-kredit siyasətinə əsasən ölkəyə təxirə salınmaz şəkildə xarici valyuta ehtiyatları lazımdır, qeyd olunan ASAN xidmətin elektronlaşma sistemi bunun qarşısını alacaq və xarici investorların ölkəyə gəlməsini stimullaşdıracaq.

Beləliklə, ölkəmiz qeyri-neft sektorununun inkişaf etdirilməsi hesabına enerji gəlirlərindən asıllığın aradan qaldırılmasına ünvanlanan islahatlara start verdi. Bu prioritetlərin reallaşması birmənalı şəkildə ölkəmizdə diversifikasiya edilmiş iqtisadi inkişafa nail olmağa imkan yaratmaqla məşğulluq sferasında, istehlak və valyuta bazarında stabiliyin formalaşmasına səbəb olacaq.

Müsahibənin davamını Banking Baku jurnalından oxuya bilərsiniz

Share