“The Guardian”: Formula-1 üzrə Bakı yarışı uğurlu olub

Böyük Brityaniyanın nüfuzlu “The Guardian” nəşri iyunun 17-19-da Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran Prisi haqqında məqalə dərc edib.

Qəzetin saytına istinadən xəbər veririk ki, “Bakıda öyrəndiyimiz 5 şey” sərlövhəli məqalədə yarış zamanı Formula-1-in aparıcı komandaları ilə bağlı yaşanmış əsas hadisələrin ətraflı təhlili verilib.

“Siyasəti bir kənara qoysaq, Formula-1 üzrə Bakı yarışı uğurlu olub. Düzdür, bazar günü Qran Prinin final mərhələsində GP2 yarışmasında olduğu qədər çoxlu hadisə yaşanmadı. Hərçənd GP2 yarışında təhlükəsizlik avtomobili tez-tez trasa çıxmalı olurdu. Ümumilikdə Qran Prisinin uğurlu alındığını söyləmək olar”, – məqalədə deyilir.

Qeyd edək ki, Bakıda keçirilmiş Avropa Qran Prisini “Mersedes”in alman pilotu Niko Rosberq qazanıb.

f1baku

Share