From the Editor-in-Chief / Winter issue

 

 “Ötən 25 ilin 23 ili şanlı tarix illəridir. Bu gün,  Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər

  ləyaqətli  ölkə kimi tanınır.” İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

                                                                                                                 


 Dəyərli Oxucu!  

Qürur hissi ilə qeyd etmək lazımdır ki, bügün ölkəmizdə aparılan geniş miqyaslı islahatlar dünyanın iqtisadi mərkəzləri tərəfindən çox yüksək qiymətləndirilir. Sentyabrın 28-də dünyanın aparıcı iqtisadi forumu- “Davos İqtisadi Forumu” 2016-2017-ci illər üzrə qlobal rəqabətlilik indeksini açıqlayarkən, Azərbaycan iqtisadiyyatını dünyada 37-ci yerə layiq görmüşdür. Bu göstərici Azərbaycan iqtisadiyyatına verilən yüksək qiymətin nəticəsidir. Azərbaycan 2003-cü ildən günümüzədək iqtisadi sahədə şərəfli inkişaf yolu keçmişdir. Hər kəsə məlumdur ki, iqtisadiyyatımız bu dövrlər ərzində üç dəfə artmış, yoxsulluq 5 faizə düşmüş, regionların inkişafına start verilmiş, müasir infrastruktur layihələri icra edilmişdir. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi strategiya formalaşdırılmışdır. İdxaldan asılılığın maksimum səviyyədə azaldılması istiqamətində vacib təşəbbüslərin şahidi oluruq.

Jurnalımızın bu sayında olduqca maraqlı araşdırmalar, ekskluziv müsahibələr, və məqalələrin təqdimatı ilə tanış olacaqsınız. Azərbaycan Respublikası Milli Məclisinin “İqtisadi Siyasət Sənaye və Sahibkarlıq” Komitəsinin sədri, akademik Ziyad Səmədzadənin bank sektoru və məsuliyyətli kreditləşmə ilə bağlı tövsiyyələri, Ailə, Qadın və Uşaq Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynovayla ailələrdə “ağıllı büdcə formalaşdırılması” və bank sektoru ilə komitənin əməkdaşlıq planları haqqında, Bank BTB-nin Müşahidə Şurasının Sədri Rza Sadiqin bank sisteminin inkişafı ilə bağlı və rəhbərlik etdiyi bankın strateji hədəfləri haqqında optimist yanaşması, və digər dəyərli məlumatlarla  tanış olma imkanı əldə edəcəksiniz.                                                   

 

 

Son illərdə qlobal və milli səviyyədə baş verən dalğalanmalar maliyyə institutlarının peşəkarlıq və dayanıqlıq səviyyəsini ortaya çıxardı. Azərbaycan maliyyə sistemi son dövrlərdə ciddi sınaqlarla üzləşdi. Kapital yetərsizliyi vəziyyətində olan bankların sağlamlaşdırılması, problemli kreditlərin restrukturizasiyası , ödəniş müddətinin uzadılması, faiz dərəcələrində tətbiq edilən güzəştlər, ümumilikdə bank, kapital bazarları və sığorta sisteminin təkmilləşdirilməsi, problemli bankların idarəolunmasında yeni prinsiplərin formalaşdırılması amilləri, maliyyə dünyasında nikbinlik sindromuna qapılmamaq siyasəti sektorun inkişafında yeni perspektivlər vəd edir. “Maliyyə bazarları infrastrukturunun inkişafı ilə əlaqədar bir neçə qanunvericilik təşəbbüsləri gündəlikdədir. Kreditlərə asan və ucuz çıxış imkanlarının yaradılması tənzimləyici orqanlar üçün prioritetlik təşkil edir. Bankların balansında olan pis kreditlərin çıxarılması, məsuliyyətsizlik nümayış etdirmiş inzibatçıların kənarlaşdırılması, əksər bankların menecmentinin operativ fəaliyyəti, toksik aktivlərlə mübarizə, bağlanan bankların əmanətçilərinə vəsaitlərinin bir gün belə yubadılmadan qaytarılması, bütün bu kimi müsbət amillər maliyyə sektorunun dünyanın aparıcı maliyyə orqanları ilə eyni standartlarda olmağı hədəflədiyini deməyə əsas verir.

Təəssüf ki, son zamanlarda kütləvi informasiya vasitələrində maliyyə-bank sahəsində bilikləri arzuedilən səviyyədə olmayan müəlliflərin  banklarla bağlı qeyri obyektiv və təhrif edilmiş açıqlamaları maliyyə savadlılığı aşağı olan əhali qrupları arasında müəyyən narahatçılıq yaratmışdır. Belə halların qarşısının alınması üçün bank inzibatçıları media ilə münasibətlərinin səmərəli əməkdaşlıq müstəvisində qurmalarını və dialoq platformasının yaradılmasına dəstək və töhvə vermələrini oxucularımız adından bank rəhbərlərindən xahiş edirik. Burada görkəmli yazıçı İdris Şahın məşhur deyimini xatırlamaq yerinə düşərdi. “Əhəmiyyətli olan deyilənin nə olduğu  ya da necə deyildiyi deyil, necə aydın olduğudur”.

Aydın və Parlaq Sabahlara inamla,

Yeni İliniz Mübarək

Aysel Guliyeva
Hello to our esteem Readers!

 

 

“23 years of past 25 years is the years of glorious history.Today, Azerbaijan is recognised as modern, fast-growing beautiful and noble country around the world”.

H.E. Ilham Aliyev, President of the Republic of Azerbaijan
It is a pleasure to note that large-scale reforms were implemented in our country that are highly praised by world’s reputable economic centers. In its Global Competitiveness Report 2016-2017, by Davos Economic Forum, Azerbaijan economy was ranked on 37th place. Since 2003 until today, the country’s development path has been honorable and worthy. The general public has continue to witness the economy grow three fold, poverty has decreased to five percent, regional socio-economic development state program was adopted, and many mega infrastructure projects were realized. Favorable policy for the improvement of business environment in Azerbaijan were developed and adopted into law. We are witnessing important initiatives by government for the minimization of the country over-dependency on importation. This is the indication of the progress the government is making with the economy.
In this edition of the magazine, You will be aware of comprehensive researches and articles, as well as exclusive interviews. An academician and MP of Azerbaijan Republic, Prof. Ziyad Samedzadeh recommendations on responsible lending in banking sector, the head of State Committee for Family, Women and Children Affairs of Republic of Azerbaijan, Madame Hicran Huseynova, plans for cooperation with the banking sector on smart budget policy for families as well as addressing gender issues in Azerbaijan. You will also find comments from the Chairman of the Supervisory Board of Bank BTB, Mr. Rza Sadig, providing optimistic approach on development policy and future of the finance sector, also Baku Trade Bank’s main targets for the coming years, including many other valuable materials collected for your interest and knowledge.
It is obvious that, recent fluctuations both globally and locally, definitely tested the financal world in terms of sustainability and professionalism. Azerbaijani finance sector has also been affected by the new environment. However, the outcome of recapitalization of banks with capital inadequacy, bad loans restructuring, creating a complimentary conditions, including flexible payment dates and affordable interest rates of delinquent loans on portfolios, all these have created a general advancement of banks, insurance and capital markets, and the formation of new principles. It also opens up to a promise of new horizons for the banking and finance industry in Azerbaijan.
Several legislative initiatives are on top agenda about capital markets infrastructure development. Easy and cheap access to loans is a top priority for regulatory bodies. Azerbaijan finance sector targets to be one of the world’s developed markets in near future. We can see this on recent policies in banking, including fighting with toxic assets, removing irresponsible managers from boards, easy withdrawal slip from a savings account, and many other issues are worthy elements for modernization and transparency.
Despite all these laudable progress, it is unfortunate that today mass media, journalists with inadequate financial literacy capabilities are writing improvised and provoking informations that are misleading and have aroused panic among ordinary citizens. In future, to avoid such situations we are sending this message to Bank authorities inviting them to be more open to credible media platform such as Banking Baku, and to cooperate with us in stimulating a productive dialogue among stakeholders.
Let me end with the wonderful saying from Idries Shah that says, it is not important to have said a thing first, or best- or even most interesting. What is important is to say it on the right occasion. That is why Banking Baku is happy to serve you at this particular time.
Good wishes for the Season and have a Happy New Year!
Sincerely,
Aysel Guliyeva

Share