Ətir Peşəkarı Bihter Ergüllə || Müsahibə

10428718_10152698675774952_6874642373699218233_n
“Banking Baku” Elegant Minds rubrikası olaraq, Türkiyədə tək, dünyada isə 700 ətir peşəkarlarından sayılan Bihter Türkan Ergül ilə ətirlərin hazırlanma qaydası və insan psixologiyasına təsiri, həmçinin Osmanlı İmperiyasında parfümlərin xüsusi vəzifələri haqqında danışdıq. Azərbaycan oxuyucularına faydalı məsləhətlər verməyi də unutmayan Bihter xanım müştərilərinə özəl və bənzərsiz ətir hazırlamağın qaydasını da açıqladı:

BB  Bihter xanım, ilk öncə bizimlə müsahibəyə vaxt ayıra bildiyiniz üçün Sizə təşəkkür edirəm. Bunu xalqımıza olan sevgi və dostluq əlaməti kimi qəbul edirik. Siz dünyanın 700 parfüm mütəxəsislərindən birisiniz. Ətirlər üzrə peşəkar mütəxəsis olmaq üçün nə etmək lazımdır?

BE Çox sağolun, mən təşəkkür edirəm. Düşünürəm ki, qoxu alma qabiliyyəti güclü olan hər kəs lazımı təhsil əldə etdikdən sonra bu işin mütəxəsisi ola bilər.

BB Osmanlı arxivlərindən əldə etdiyiniz məlumatlara əsasən padşahların və xanımlarının, şəhzadələrin qoxularından bəhs edən “Harem Koleksiyonu” ətirlərini hazırladınız. Osmanlının təravətli qoxusu nə idi?

BE Osmanlı sadəcə bizlər kimi gözəl qoxu əldə etməkdən əlavə, qoxuları cəmiyyətə mesaj vermək üçün seçirdi. Misal üçün, birindən inciyən adam, o insanla dalaşmaq yerinə səhvini başa salmaq üçün  dəsmala sümbül töküb həmin adama göndərərdi. Başqa bir misal, Validə sultanların istifadə etdiyi qoxunu hörmət əlaməti olaraq, heç kim istifadə etməzdi. Hamilə qadınların otaqlarına gül qoxusu qoyulardı. Osmanlıda bu cür incə jestləri əks etdirən çoxlu örnəklər var idi

BB  Bihter xanım, hər kəsə özəl parfüm necə dizayn edilir, insanların yaşı, cinsiyyəti, yuxu rejimi dərinin ətirlərə reaksiyasına təsir edən faktorlardırmı?

BE Bəli, təbii ki. Bizə sadəcə özünə uyğun ətir hazırlanması üçün müraciət edən müştərilərimiz ilk öncə müxtəlif suallardan ibarət e-mail əldə edirlər, daha sonra ehtiyac olarsa göruş təyin edirik. Yekunda, müştərinin məlumatlarını analiz edirik. Bu proses üç gün davam edir. Sonda, müştərinin büdcəsi və zövqünə uyğun şüşələrdə onun adını və digər arzu edilən məlumatlarını qeyd etməklə tamamlayırıq. Qeyd edim ki, hər bir müştərinin ətiri bənzərsiz və özəl olur.

BB Qoxu yaratmağın parfumeriya sahəsi olmadığını demisiniz intervyularınızda. Qoxu ilə ətirin nə fərqi var?

BE Nəticə etibarilə ətirdə bir qoxudur. Ətir ilə esans yağlar arasında fərq böyükdür. Ətirlər daha praktidir, gündəlik istifadə üçündür, ətirin yağlardan ibarət forması isə daha kəskin və qalıcıdır

BB Azərbaycanda butik açmağı düşünürsünüzmü?

BE  Biz niş sektor olaraq, korporativ hal almaq istəmirik. Çünki bir brend nə qədər genişlənirsə o qədər fabrikləşir. Onun özəlliyi aradan qalxa bilər. Yaxın zamanda isə Azərbaycana konfrans vermək üçün gələcəm. Osmanlı imperiyasının ətir və qoxu tarixi haqqında bir çox ölkələrdə konfranslar təşkil etməyə davam edəcəyik.

BB Bihter xanım maraqlı müsahibəniz üçün təşəkkür edirəm. Sizi Azərbaycanda görmək arzusuyla

BE Mən təşəkkür edirəm. Aşağıda ətirlərlə bağlı kiçik sirləri paylaşıram oxuyucularınızla. Ümid edirəm faydalı olacaq. Xalqınıza Sevgilərlə, Bihter

www.tiyrus.com/shopunnamed

 Ətiri seçməyin və saxlamağın Qızıl Qaydası:

 Ətirləri dərinin rənginə görə seçmək düzgün deyil. Qoxunun qalıcılığını dəri ifrazı müəyyən edir. Dərinin ifrazını müəyyən edən faktorlar isə birbaşa qidalanmağımızla bağlıdır.( istifadə etdiyimiz ət, ədviyyatlar , su, nikotin miqdarı). Bunları nəzərə alaraq, parfümün dərimiz ilə uzlaşmasını yoxlaya bilərik. Bir dəfədə iki ətirdən daha çoxunu test etmək dərini yoracaq və arzuedilən nəticəni verməyəcəkdir. 

 

Ofisdə
Doğru ətirdən istifadənin psixoloji olaraq müsbət təsirlərini bilirik. Bunlardan ən başda gələni, ətir sürmənin özünə inamı artıran bir təsiri olduğudur. Özünə inamı artıran və əhvalın yüksəlməsini təmin edən doğru seçilmiş bir ətir iş yerindəki performansı da müsbət bir şəkildə artırır. Eynilə aromaterapi seanslarında olduğu kimi, gündəlik həyatda da gözəl bir şeylər iyləmək insanın özünü çox daha yaxşı hiss etməsini təmin edir. Lakin, burada istifadə etdiyiniz ətirin çox qüvvətli olmamasına diqqət etmək lazımdır. İş yerində istifadə etmək üçün ən uyğun olan yüngül çiçək, meyvə və sabunsu qoxular. Ədviyyatlı və iddialı qoxular ətrafımızdakı iş yoldaşlarımızı narahat edə bilər və baş ağrısı kimi vəziyyətlərə gətirib çıxara bilər.

 

 İdmanda

 

İdman əsnasında təzə, canlandırıcı qoxulardan  istifadə özünüzü daha gümrah və enerjili hiss etməyinizə səbəb olur. Edilən bir araşdırmada okean yosunu, yaşıl limon, portağal, sitrus meyvələri, əncir yarpağı qoxularının təmizliyi və fərahlığı işarə etdiyi göstərilir. Bunun digər bir səbəbi də, vanil və lavanda kimi qoxularla müqayisədə, dəri üzərindən daha sürətli bir şəkildə uçan limon qoxusunun bu sırada bədəndə bir sərinlik hissi yaratmasıdır. Əncir yarpağının qoxusunun daha sürətli buxarlaşmasının səbəbi molekulyar sıxlıq baxımından digər qoxulardan daha yüngül olmasıdır. Xüsusilə yaz aylarında bu qoxulara üstünlük verə bilərsiniz.

 

Gecə

Gecə üçün ətir seçərkən ən ağır qoxuları belə seçmək yanlış olmaz. Səbəbi isə çox sadədir.Belə ki,  səhər saatlarında çox daha həssas olan burun axşama doğru yorulur və aldığı yüngül qoxuları çox dəqiq hiss edə bilmir. Ancaq burada diqqət edilməsi lazım olan bir nöqtə var; əgər ölçünü bir az çox qaçırsaq ətrafımızdakılar ətirlə duş qəbul etdiyimizi düşünüb bundan çox narahat ola bilər. O zaman, gecə üçün hansı qoxulara üstünlük verməliyik?  Gecə üçün ən uyğun qoxular ədviyyatlı və şərq otları tərkibli qoxulardır. Nümunə olaraq, ud, gül qrupu, sandal, paçuli, sidr, quru bibər, şam çiçəyi, freziya, dark amber.

 

Parfüm seçərkən bunlara diqqət yetirin
 Ətir sınamaq üçün ən uyğun zaman günorta 13.00 ilə 15:00 arasıdır, çünki bu saatlarda qoxu hiss etmə duyğusu güclü işləyir. Ayrıca qış mövsümündə, -( təbii burnumuz tıxalı deyilsə) yaz mövsümünə görə daha güclü qoxu hiss edirik. Diqqət etsəniz isti ölkə insanları daha ağır qoxuları seçirlər. Səbəbi ilə istidən yorulan burunları yüngül qoxuları yaxşı qəbul edə bilmir.

  • Ətiri sıxdıqdan sonra ən az bir saat bədəninizdə yetkinləşməsi üçün gözləmək lazımdır. Bu zaman əsnasında ətirdəki spirt uçacaq və ətir bədəndəki qoxu molekulları ilə qarşılıqlı təsirə girərək əsl qoxusunu verəcəkdir. Dəri qəbul etmədiyi qoxunu çox tez uçurur. Bundan başqa, başqasına bəyənərək aldığımız bir marka ətir onda dayandığı kimi bizdə dayanmaya bilər. Burun zövqümüzə diqqət etdiyimiz qədər, ətirin bədəndəki duruşuna da əhəmiyyət verməliyik
  • Kağızdan yada qoxu çubuğundan ətir seçim etməyin. Səbəbi isə burnunuz bəyənsə belə, dəriniz qəbul etməzsə qoxu bədəninizdə fərqlilik göstərə bilər və bəyənərək aldığını bir qoxu sonrakı saatlarda xoşunuza gəlməyə bilər.
  • Ətir sınamağa getməzdən əvvəl yediklərinizə bir az diqqət yetirməniz lazımdır. Niyə? Çünki ədviyyatlı, acı və yağlı yeməklər bədənin ruhunu bir az dəyişdirir, bu da ətirin qoxusuna əks olunaraq sizi yanılda bilər

 

Ətir seçimi edərkən qəhvə iyləməyin. Qəhvənin kəskin  aroması vardır. Ətir seçərkən fərqli qoxuları qoxlamaqdan yorulan buruna qəhvə kimi kəskin aroması olan bir maddə qoxlatsanız  burunda şok effekti yaranacaq və burun qoxunu net ala bilməyəcəkdir

Daha Dayanıqlı Ətirlər  üçün

Keyfiyyətli ətirlər də havayla təmas etdikdən sonra xarab ola bilər. Amma yaxşı baxdıqdan sonra ətirinizin bir il və on səkkiz ay arası dayanmasını təmin edə bilərsiniz.

  • Tökmə deyil, spreyli şüşələri seçin.Səbəb isə, əllərinizlə təmas edən ətirin bakteriyalara açıq hala gəlməsi və daha qısa zamanda pozulmasıdır. Ayrıca spreyli ətirlər daha ucuzdur.

Son olaraq, ətirlərin ən qalıcı olanları yağ şəklində olanlardır. Yəni esanslar ətirin içində spirt uçuculuk göstərərkən qoxu molekullarını də uçurur. Başqa sözlə  qalıcılığı azalır. Əsas yağ deyilən esanslar yəni çiçək və yarpaq tərkiblərinin bədəndə qalıcılığı daha çoxdur. Ətir istehsalında əsas yağ esansından yalnız  22%  istifadə olunur.

  • İşıq ətirin həm qoxusunu həm də rəngini soldurur. Bu səbəblə ətiri qaranlıq bir yerdə yada az günəş alan bir mühitdə saxlamaq ətirinizi daha uzunömülu edəcəkdir.
  • İsti və nəmli mühitinə görə duş kabinələr ətirləri saxlamaq üçün uyğun məkan deyil. Buradakı istilik və nəm ətirlərin qısa zamanda pozulmasına səbəb ola bilər. Yataq otaqları ətir saxlamaq üçün daha uyğundur.
  • 24906_osmanli-kokulari-gun-yuzune-cikti_949947

 

24906_osmanli-kokulari-gun-yuzune-cikti_727123

 

 

osmanli-saltanat-kokulari-4

Share